Əsas Səhifə > Güney Press > Gürcüstanda COVID-19-a yoluxanların sayı 605 mini keçib

Gürcüstanda COVID-19-a yoluxanların sayı 605 mini keçib


25-09-2021, 10:43
Gürcüstanda COVID-19-a yoluxanların sayı 605 mini keçib
Gürcüstanda son sutkada koronavirusa 1 597 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına ümumi yoluxma sayı 605 360 nəfərə, ölənlərin ümumi sayı isə 8 787 nəfərə yüksəlib.

Ötən 24 saatda 1 189, ümumilikdə isə 573 542 nəfər müalicə olunaraq sağalıb.


Geri qayıt