Əsas Səhifə > Güney Press > BMT-də çıxış edən yeganə kapitulyator:

BMT-də çıxış edən yeganə kapitulyator:


25-09-2021, 10:35
BMT-də çıxış edən yeganə kapitulyator:
Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda etdiyi çıxışı ölkəsində narazılıqla qarşılanıb. Azvision.az xəbər verir ki, yerli media ölkə başçısının fikirlərini qənaətbəxş hesab etməyib.
Siyasətçilər isə Ermənistanı uçuruma yuvarlayan rəhbərin hansı üzlə BMT sessiyasında çıxış etdiyini sual edirlər.

Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkənin və xalqının gələcək taleyindən narahat olduğunu göstərən fikirlər səsləndirib. O Paşinyanın dünyanın diqqətlə izlədiyi sessiyadakı onlayn çıxışını tənqid edib.

-BMT Baş Assambleyasının sessiyasında dünyanın yeganə kapitulyatorunun (Nikol Paşinyan-red.) çıxışı bir daha bunu göstərdi ki, o, ölkənin gələcəyini məhv edib.

Ermənistan parlamentinin sabiq deputatı Vahan Babayan da paşinyanın çıxışını mənasız sayıb. O yaxın gələcəkdə ölkəsi adına müsbət heç nəyin baş verməyəcəyini düşünür.

-Kapitulyator 9 noyabr sənədini BMT -də qanuniləşdirəcək və erməni xalqının baş verənlərlə barışdığını bütün dünyaya sübut etməyə çalışacaq.

O yenə də özünün "inqilabı" üçün ucuz reklamla məşğul olacaq və əvvəlki sələflərini tez-tez tənqidlərlə xatırlayacaq. Həmçinin sponsorlarının təşəbbüsü ilə Rusiyanın "bağına" daş atacaq.

Ancaq maraqlı olan budur ki, indi "qərb layihəsi" deyilən proseslər artıq İrəvanın qapısı önündədir və o insanları küçələrə çıxmağa sövq edir. Yeni hadisələr gözlənilir, Ermənistan yeni kapitulyasiya ərəfəsindədir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda çıxış edib. Onun bir sıra fikirləri, o cümlədən

“Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır” deməsi müxalifyönlü mediada tənqidlə qarşılanıb.



Geri qayıt