Əsas Səhifə > Güney Press > Mingəçevirdə 13 yaşlı uşaq itkin düşüb

Mingəçevirdə 13 yaşlı uşaq itkin düşüb


26-07-2021, 18:05
Mingəçevirdə 13 yaşlı uşaq itkin düşüb
Mingəçevirdə uşaq itkin düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, 13 yaşlı şəhər sakini Amanov Famil Müqabil oğlu bağlar yaşayış massivlərindəki 9-cu küçədəki evlərindən çıxaraq bir daha geri qayıtmayıb. Məlumata görə, onun evdən necə çıxmasından valideynlərinin xəbəri olmayıb.

Uşağın ailəsi bununla bağlı şəhər Polis Şöbəsinə müraciət edib.

Hazırda 13 yaşlı oğlanın axtarışları davam etdirilir.

Famili görüb tanıyanlardan Mingəçevir şəhər Polis Şöbəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə məlumat vermələri xahiş olunur.

Geri qayıt