Əsas Səhifə > Güney Press > Xətai rayonunda yaşıllıq ərazi hasarlandı, bina tikilir, sakinlər isə etiraz edir

Xətai rayonunda yaşıllıq ərazi hasarlandı, bina tikilir, sakinlər isə etiraz edir


24-07-2021, 12:59
Xətai rayonunda yaşıllıq ərazi hasarlandı, bina tikilir, sakinlər isə etiraz edir
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93/99 ünvanında – “Kvadratlar” adlanan ərazidə yaşıllıq sahəsi hasarlanıb.

Sakinlərin Pravda.az-a verdiyi məlumata görə, ərazidə çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulub.

Bildirilib ki, tikintini həyata keçirən şirkət “Qismət” MTK-dır.

Sakinlər yaşıllıq ərazidə tikintinin aparılmasına etiraz edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər aidiyyatı dövlət qurumlarına müraciət ünvanlanıb.






Geri qayıt