Əsas Səhifə > Güney Press > Bayramdan sonra toyların keçirilməsinə İCAZƏ VERİLİR?

Bayramdan sonra toyların keçirilməsinə İCAZƏ VERİLİR?


23-04-2021, 13:02
Bayramdan sonra toyların keçirilməsinə İCAZƏ VERİLİR?
Artıq Azərbaycanda koronavirus pandemiyasına görə 1 ilə yaxındır ki, toyların keçirilməsinə qadağa qoyulub. Toyların keçirilməsinə qoyulan qadağanın gələcəkdə demoqrafik problemlərə yol açacağı ilə bağlı fikirlər səsləndirilir. Bir çoxları Ramazan ayından sonra az insan sayı ilə toyların keçirilməsinə icazə verilməsini təklif edir. Bəs Ramazan bayramından sonra toyların keçirilməsinə icazə verilə bilərmi?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Sonxeber.az-a açıqlama verib:

"Toyların və kütləvi tədbirlərin keçirilməsinə icazə epidemioloji vəziyyətdən asılıdır.

Epidemioloji durum stabilləşdikcə, yəqin ki, bu dalğadan sonra eniş olduğu halda karantin qaydalarının da yumşaldılması fasilə ilə olacaq.

Amma bundan sonra toyların formatının dəyişdirilməsi məqsədə uyğundur. Toyların əvvəllər olduğu kimi, 500-600 nəfərlə keçirilməsi, hər halda bu pandemiyanın sonuna qədər, real görünən bir məsələ deyil. Bu, başqa bir formatda həyata keçirilə bilər."

Geri qayıt