Əsas Səhifə > Güney Press > “Bizim qanunlarla yaşamaq istəmirlərsə, İrəvana qayıda bilərlər”

“Bizim qanunlarla yaşamaq istəmirlərsə, İrəvana qayıda bilərlər”


4-12-2020, 18:12
“Bizim qanunlarla yaşamaq istəmirlərsə, İrəvana qayıda bilərlər”
“Ermənistanda yerləşən "Enaket" analitik mərkəzinin rəhbəri Tiqran Abramyan deyir ki, Azərbaycan hərbçiləri Xankəndində bazarlıq edirlər.

Deyir ki, Paşinyan, bu erməni xalqına qarşı təhqirdir. Buna deyən lazımdır ki, ay bala asta ol. Xankəndi Azərbaycan torpağıdır. İgid əsgər və zabitlərimiz istər alış-veriş edər, istərsə də gəzər, kef edər. Qolu üzərindəki Azərbaycan bayrağı da sənin və sənin kimilərin gözünə girər”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev deyib.

R.Nurullayev qeyd edib ki, ermənilər hələ çox şey görəcəksiniz:

“Əgər bizim qanunlar ilə yaşamaq istəmirlərsə, Qarabağda olan bütün ermənilər qədim Azərbaycan torpağı olan İrəvana qayıda bilərlər. Ora da bizim qədim torpağımızdır, Allaha şükür edib yaşayın orada. Səsiniz çıxmasın. Amma bilin ki, şəhər və kəndlərimizə vurduğunuz ziyana və vəhşilik törətdiyinizə görə cavab verməli olacaqsınız. Heç nə unudulmur. Kompensasiya məbləği böyük olacaq. Ən azı 200 milyard. Hələ hesablamalar gedir. Bəziləri 800 milyard məbləğ də səsləndirir.

Bizə nə dəxli var ki, pulunuz yoxdur, xarici borcunuz 8 milyard ABŞ dollarıdır. Əvəzində Zəngəzuru verəcəksiniz. Mütləq, borc əvəzinə Zəngəzuru qaytaracağıq. Amma bilin, yenə də borclu qalacaqsınız. Ona görə də sakitcə yerinizdə oturun, səsiniz gəlməsin”.

Geri qayıt