Əsas Səhifə > Güney Press > "Şəhid oğlumun sağ olması ilə bağlı yayılan məlumatlar yalandır"

"Şəhid oğlumun sağ olması ilə bağlı yayılan məlumatlar yalandır"


3-12-2020, 17:06
"Şəhid oğlumun sağ olması ilə bağlı yayılan məlumatlar yalandır"
İkinci Qarabağ Müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, leytenant Vəliyev Vəliəhd Şakir oğlunun guya sağ olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə "Report"un Cənub Mərkəzinə açıqlamasında şəhidin atası Şakir Vəliyev deyib.

O bildirib ki, oğlu V.Vəliyev Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub və oktyabrın 30-da dəfn olunub. Atasının sözlərinə görə, dekabrın 8-də şəhidin 40 mərasimi keçiriləcək.

Qeyd edək ki, Lənkəranın Bala Şürük kənd sakini Vəliyev Vəliəhd Şakir oğlunun guya ailəsinə zəng edərək sağ-salamat olduğunu bildirdiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Geri qayıt