Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Keçmiş sığortaçı "Akkord"a rəhbər təyin edildi

Keçmiş sığortaçı "Akkord"a rəhbər təyin edildi


1-12-2020, 16:51
Keçmiş sığortaçı "Akkord"a rəhbər təyin edildi
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə yeni Baş İcraçı Direktor təyin edilib.

"MediaPost" xəbər verir ki, bu vəzifə dekabr ayının 1-dən etibarən Süleymanov Vüqar Fərman oğluna həvalə edilib.

Qeyd edək ki, V.Süleymanov 2011-2015-ci illərdə "Atəşgah Sığorta" şirkətində bir sıra rəhbər vəzifələrdə çalışıb. 2015-ci ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də rəhbər vəzifələrdə əmək fəaliyyətini davam etdirib. 2016-cı ildən TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsidə SYA (Türkiyənin “Yüksel İnşaat A.Ş.”, Italiyanin “SICIM S.p.A” və “Akkord” Korporasiyası ) müştərək müəssisəsinin idarə heyətinin üzvüdür. 2018-ci ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurasının Sədr müavini, eyni zamanda Respublikanın ən böyük sement istehsalçılarından biri olan “Qazax Sement Zavodu” MMC-nin İdarə Heyətinin sədri olub.

Geri qayıt