Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Tələbələr güzəşt tələb edirlər:

Tələbələr güzəşt tələb edirlər:


1-12-2020, 16:20
Tələbələr güzəşt tələb edirlər:
yazmış, problemlərin günü-gündən böyüdüyünə diqqət çəkməyə çalışmışıq. Görünən isə odur ki, az qala, şikayətçi olmayan təhsilalan qalmadığı halda, Təhsil Nazirliyi bu mövzuda səssizlik nümayiş etdirir.

Birinci yarımil yekunlaşmaq üzrədir. Bu yarımildə isə hərbi rejimlə bağlı bir müddət ölkəmizdə internet məhdudiyyəti tətbiq edildi. Beləcə onlayn dərslər də dayandırıldı. Əvəzində isə məhdudiyyət aradan qalxdıqdan sonra müəllimlər mövzuları qısa bir müddətdə tədris etməyə cəhd göstərdi, qarşılığında da tələbədən, şagirddən yığılıb qalmış mövzuları bir arada tələb etməyə başladılar. Təbii ki, bu halda verilən tapşırıqların yerinə yetirilməsi, mövzuların mənimsənilməsi real görünmür.

Amma gəl ki, “plan doldurmağa çalışan” məmurlar kimi, bəzi müəllimlər də universitet rəhbərliyinə verəcəyi hesabatı doldurmağa çalışırlar. Şikayətlərdən belə məlum olur ki, müəllimlər tərəfindən mövzuların “onlayn dərs” formatına uyğun olaraq daha asan və real vaxt çərçivəsində təhsilalan tərəfindən mənimsənilməsi üçün konkretləşdirilməsi istiqamətində addım atmaq bir kənara, bir çox hallarda heç cəhd də görmürük. Auditoriyada mühazirəni üzündən oxuyan müəllimlər, onlayn dərslərdə də bu ənənələrinə sadiqlik nümayiş etdirirlər.

Bu halda hansı keyfiyyətdən söhbət gedə bilər? Bu sualımız açıq olaraq qalır. Bununla yanaşı, universitetlər isə tələbələrdən təhsil haqqının tamamını tələb edir. Lakin qarşılığında verilən təhsilin keyfiyyətsizliyinə dair şikayətlərə etinasız münasibət göstərirlər. AYNA sosial mediada etirazını bildirən tələbələrdən bir qismininin şikayətini təqdim edir:

Səkinə Məmmədova: “Təkcə tələbələr yox, əslində Təhsil Nazirliyi və universitetlər də bilir ki, biz bu müddət ərzində bilik qazanmırıq. Çox çətinlik çəkirik. Qısa müddət ərzində imtahana hazırlaşmalıyıq, “midterm”lərə hazır olmalıyıq. Amma vaxt məhduddur, hazırlaşmaq, belə vəziyyətdə oxumaq çətindir. Universitetlər əgər müvəqqəti yazılı imtahandan testə keçsə, qayıb yazılmasında, “midterm”lərdə, prezentasiyalarda güzəşt etsə, heç nə itirməyəcək. İqtisad Universiteti bunun gözəl örnəyidir. Eşitdiyimə görə, universitetdə tələbələrin bu son aylar yaşadıqları müharibə, virus, imtahan stressinə diqqətlə yanaşılıb. Nə olar ki, bütün universitetlər belə edələr. Tələbə sizin düşməniniz deyil, nə qədər davam edəcək “yoxlama”, “imtahan etmə”, “incitmə” siyasətiniz?! Bacardıqca çətinə salmaq istəyirsiniz. Bilik insana zorla verilmir. Məcbur istəyirsiniz ki, “hə, biz imtahan etdik, bu semestr də belə getdi” deyəsiniz. Mənim tələbə olaraq təklifim belədir:

1) Suallar indidən verilməlidir. Çünki hədsiz çox məlumat var. Bu qədər qısa zaman ərzində onları oxuyub çatdırmaq mümkün deyil;

2) İmtahan ya təxirə salınmalıdır, ya da vaxtı daha da uzadılmalıdır;

3) Yox, əgər imtahan edilirsə, testlə olmalıdır.

Bu şərtləri demək olar ki, bütün tələbələr istəyir və gözləyirlər. Nəzərə almaq lazımdır ki, son aylar hər kəsə təsir edib. Nə vaxt başa düşəcəksiniz ki, indi heç kim oxumaq istəmir?! Heç kimin oxumağa həvəsi yoxdur. Bu qədər itki, bu qədər hadisə, virusun çoxalması tələbələrə də təsir edir. Hamının bu dəqiqə istədiyi tək şey yaşadığımız yorğunluğun keçməsi, sakitlikdir. Universitetlər isə bunu anlamaq istəmir. İndiyə kimi təhsil almaq istəyən hansısa tələbə imtahandan imtina etmişdimi? Tələbələr nə müəllimindən, nə də dərsindən razıdır. Hamı universitetə sevinərək daxil olub, amma bilik verilməsi prosesi maraqsız, sıxıcı, yorucu və imtahanda heç nə edə bilməyəcəyin bir haldırsa, bunu tələbələrdən tələb etmək nə dərəcə doğrudur?!”

Ceyran Həsənova: “Məlum səbəblərə görə, bir müddət dərslər dayandırıldı. Müharibədə qələbə qazanmış olsaq belə, şəhid xəbərləri və bəzi terror hadisələri bizi yetərincə sarsıdıb. Müharibə vaxtı elə bir ailə yox idi ki, içlərində azı 1 nəfər cəbhədə olmasın. O çətin zamanlarda yaşadığımız stresi biz bilirik. Çoxumuz, hətta hamımız psixoloji böhran yaşayırıq. Pandemiyadan isə heç danışmaq da istəmirəm. "Artıq 1 il olacaq ki, bu vəziyyətdəyik" - məncə, bu cümlə pandemiyadan danışmaq üçün yetərlidir. Əlavə olaraq internet problemi, məncə, ölkə üzrə internetin zəif olması məlumdur – tələbələri yetərincə stresə salır. Distant təhsilin olmayan keyfiyyəti onsuz da məlumdur. Bu vəziyyətdə bizdən imtahan tələb olunmamasını, ÜOMQ-yə görə qiymətləndirmə aparılmasını xahiş edirik. Tələbələr də bu xalqın bir parçasıdır. İmtahanda, təhsil haqqında güzəştə layiq olduğumuzu düşünürəm”.

Osman Əliyev: “Kurs işi, kurs layihələri də nəzərə alınsa, yaxşı olar. Əlimizdə heç bir material yoxdur. Ənənəvi qaydada olanda müəllimlərdən kömək ala bilirdik və yazırdıq. İndi hərə bir rayondadır, buna görə də nəsə hazırlamaq demək olar, mümkünsüz olur. Onsuz da o işlər otaqlarda toz basan bir sənəddir, heç sənəd də deyil. Ləğv edilməsi və ya başqa işlərlə əvəz edilməsi mümkündür. Nəzərə alınsa, yaxşı olar”.

Bəturə Pirişova: “Bizdə kənd yeridir, telefon xətti yoxdur. Şəbəkə yox dərəcəsindədir, dərsə qoşulmaq üçün biz iki bacı rayon məktəbinə gedib ordakı internetdən qoşuluruq. Son zamanlar ordan qoşulan çox olduğuna görə sürət zəifləyib. Tələbələrə güzəşt olunmalıdır”.

Nigar Abbasova: “Xəzər Universiteti bizi dəhşətli dərəcədə yükləyib. Onlayn olduğuna görə normal dərslərdən də çox material verirlər. Həmçinin qayıb da yazılır. Sərbəst iş, prezentasiya, yazı, “quiz” və s. əllərinə nə keçsə, verirlər. Bir fəndən həddindən artiq tapşırıq verirlər. Artıq çatdıra bilmirik”.

Fidan Babayeva: “Keçən ildə də təhsil haqlarının yarısının alınması ilə bağlı olan müraciətləri rədd etdilər. Bu il heç olmasa, anlayışlı olub güzəşt etsinlər. “Microsoft Teams” proqramı əgər VPN-siz işləyirdisə, niyə 1 ay boş qaldıq? İndi də guya onlayn üsulla nəsə keçirlər. Tələbəni düşünən yoxdur heç. Hara baxırsan, 1 il iş təcrübəsi istəyir, amma təcrübəsizləri heç kim nəzərə almır. Digər ölkələrdə onlayn üsulla olsa belə, tələbə işləyə bilir, amma Azərbaycanda bu qeyri mümkündür”.

Geri qayıt