Əsas Səhifə > Güney Press > Ermənistan MTX rəhbəri Moskvaya gedir
Ermənistan MTX rəhbəri Moskvaya gedir1-12-2020, 16:01 |
![]() Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan Moskvaya səfərə gedir. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun səfər zamanı kimlərlə görüşəcəyi, hansı məsələləri müzakirə edəcəyi məlum deyil. Xatırladaq ki, Abazyan 8 noyabrda MTX direktoru təyin edilib. O, bu vəzifədə Arqişti Kyarmyanı əvəz edib. Bundan əvvəl Abazyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsini icra edib. Geri qayıt |