Əsas Səhifə > Güney Press > Ermənilər Laçını bizə talan edilmiş vəziyyətdə qoyub gediblər

Ermənilər Laçını bizə talan edilmiş vəziyyətdə qoyub gediblər


1-12-2020, 15:59
Ermənilər Laçını bizə talan edilmiş vəziyyətdə qoyub gediblər
"Ermənilər Laçının mənim doğulub boya-başa çatdığm Cizimli kəndində 12-14-cü əsrlərə aid olan Məlik Əjdər türbəsini elə dağıdıblar ki, elə bil orada goreşən kimi qızıl axtarırlarmış! Türbənin məqbərə hissəsini götürüb aparıblar. Onlar Laçını bizə talan edilmiş vəziyyətdə qoyub gediblər".

Bunu Trend-ə Laçın rayonundan olan professor, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov deyib.

Laçının işğaldan azad olunması münasibətilə laçınlıları, ümumilikdə Azərbaycan xalqını təbrik edən Ş.Qasımov qeyd edib ki, ermənilər yalnız Laçını deyil, işğal edilmiş bütün rayonlarımızı talan ediblər:

”Bir adam 1 ay, 1 il bir yerdə yaşayanda o yer onun üçün doğmalaşır, o, həmin yerə heç olmasa hörmətlə yanaşır. Ermənilər isə işğal edilmiş torpaqlarımızda 28 il yaşayıblar, amma onlara hörmət etməyiblər, bu torpaqlar talan ediblər, rayonları tərk edəndə özləri ilə evlərinin dəmirini də söküb aparıblar”.

Ş.Qasımov Laçının işğaldan əvvəl gözəl şəhər olduğunu, orada böyük mədəniyyət, elm mərkəzləri, rəsm qalareyasının yerləşdiyini, bütün infrastrukturun inkişaf etdiyini söyləyib.

Laçın rayonunun tarixinin olduqca qədim olduğunu deyən alim orada 300-ə qədər abidənin erməni işğalı altında qaldığını vurğulayıb:

"Ermənilər dağıtdıqlarını dağıdıblar, dağıtmadıqlarını da özləri ilə Ermənistana aparıblar. Laçında 6000 illik tarixə malik olan abidələr var. Bu rayonda Azıx mağarası ilə müqayisə oluna biləcək abidələrimiz var. Laçın Diyarşünaslıq Muzeyində 5000 eksponat nümayiş etdirilirdi, Laçının rəsm qalareyasında 20-ə qədər eksponat, Laçında Sarı Aşığın qəbri, qəbirüstü abidəsi, ona aid olan 150-ə qədər əşya vardı. Ermənilər bunların hamısını vandalçasına məhv ediblər".

Geri qayıt