Əsas Səhifə > Güney Press > Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı

Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı


24-11-2020, 10:18
Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı
Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım.
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

"Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq", - deyə dövlət başçısı bildirib.

Geri qayıt