Əsas Səhifə > Güney Press > “Düşmənin hədəfi millətimizi ruhdan salmaqdır”

“Düşmənin hədəfi millətimizi ruhdan salmaqdır”


28-10-2020, 17:15
 “Düşmənin hədəfi millətimizi ruhdan salmaqdır”
"Döyüş meydanında uduzan ermənistan müharibə qaydalarını pozaraq Bərdədə 21 nəfərin şəhid olmasına, 70-ə yaxın insanın yaralanmasına səbəb olan hərbi cinayət əl atmışdır. Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Düşmənin hədəfi millətimizi ruhdan salmaq, ordumuzun döyüş əzmini zəiflətməkdir. Alınası deyil".

Cebhe.info xəbər verir ki, bunu "Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

"Bunun qısası Azərbaycanı erməni şərəfsizlərindən tam təmizləmək, Laçında, Kəlbəcərdə, Şuşada şanlı bayrağımızı yüksəltməkdir. Tanrı oldumuzu, zəfərə susamış milli ruhumuzu, milli bütövlüyümüzü qorusun".

Geri qayıt