Əsas Səhifə > Güney Press > Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var

Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var


28-10-2020, 17:14
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var
Ermənistanın Bərdədə törətdiyi terror nəticəsində ölən və yaralananlar arasında uşaqlar da var.

Trend-in məlumatına görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasın baş həkimi Əliyar Sərvərov bildirib ki, indiyədək xəstəxanaya 40-dan çox yaralı daxil olub:

“Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Hazırda əməliyyat prosesi gedir. Aralarında 15-16 yaşlı uşaqlar da var. Onlardan biri – 16 yaşlı oğlan döş qəfəsindən ağır qəlpə yarası almışdı, təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı. Hazırda bütün həkimlərimiz iş başındadırlar və var gücləri ilə yaralıların həyatlarını qurtarmaq üçün çalışırlar”.

Qeyd edək ki, Ermənistanın bugün Bərdəyə etdiyi hücum nəticəsində 21 nəfər ölüb, 70 nəfər yaralanıb.

Geri qayıt