Əsas Səhifə > Güney Press > "Nə qaraçıların, nə də ermənilərin dövləti olmayıb"

"Nə qaraçıların, nə də ermənilərin dövləti olmayıb"


27-10-2020, 15:21
"Nə qaraçıların, nə də ermənilərin dövləti olmayıb"
“Ermənilərin qadınları müharibəyə cəlb etməsi də bir şeyi dəyişməyəcək. Paşinyan yürütdüyü siyasətlə ancaq millətini qırdırır və vaxt gələcək o, bunun hesabını verməli olacaq”

Bunu tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. O, Ermənistan hakimiyyətinin xalqı uçuruma apardığını bildirib:

“Anna Akopyanın etdikləri görüntüdür. Onun kimi hərbi forma geyib özünü göstərən adamlar bizdə də var. Ermənilərin qadınları müharibəyə cəlb etməsi də bir şeyi dəyişməyəcək. Paşinyan yürütdüyü siyasətlə ancaq millətini qırdırır və vaxt gələcək o, bunun hesabını verməli olacaq. Ümumiyyətlə, ermənilər belə ağılsız, düşmənçilik siyasəti yeritməklə heç nəyə nail ola bilməyəcəklər. Türkə qalib gələ bilməzlər, dünya əvvəlki dünya deyil, ermənilər bunu başa düşməlidir. Bu siyasətlə ermənilər heç vaxt firavan yaşaya bilməyəcəklər. Ermənilərin dövləti olmayıb, İrəvandan qabaq paytaxtları hansı şəhər olub? Bir erməni sualıma cavab versin. Nə qaraçıların, nə də ermənilərin dövləti olmayıb. Ona görə ki, ermənilər də qaraçılar kimi dünyanın hər bir yerinə səpələniblər”.

R.Mahmudov ölkə başçısının Qarabağla bağlı çıxışlarından sevindiyini və hər müsahibəsini izlədiyini bildirib: “Ölkə başçısı çox gözəl çıxış edir. Erməniləri bu işlərindən əl çəkməyə çağırır. Biz artıq erməniylə nə danışmalıyıq ki? Bizim torpaqlarımızı zəbt ediblər və əgər yaşamaq istəyirlərsə, torpaqlarımızı tərk etsinlər. Ermənilər heç vaxt Qarabağa ayrıca status verilməsini görməyəcəklər. Hər şey qaydasına düşəcək, torpaqlarımız işğaldan azad ediləcək və gözəl bir Azərbaycan olacaq. Müharibədən sonra hələ çoxlarına sözüm var, ölməsəm, onlara da sözümü deyəcəm, əl çəkən deyiləm. Bu ölkə düzəlməlidir, başqa yolu yoxdur”.Moderator

Geri qayıt