Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..”

“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..”


20-10-2020, 08:54
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..”
Dünən - oktyabrın 19-da erməni təxribatı nəticəsində Azərbaycanın öz torpaqlarını terrorçu, işğalçı və separatçı erməni birləşmələrindən azad etmək üçün əks-hücum əməliyyatları başlatmasından bəri BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı ikinci qapalı iclasında yalnız atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyi müzakirə edildi...

Əcəba, dünyanın və ölkəmizin siyasətçi, politoloqlarının cavablandırmalı olduğu saysız suallar meydana çıxır: niyə beynəlxalq hüquq baxımından apaçıq bir məsələyə qapalı iclas, niyə yalnız atəşkəs müzakirəsi, bəs həmin BMT TŞ işğalçı erməni qoşunlarının Azərbaycanın hüquqi ərazisindən çıxarılması haqda 4 qətnaməsinin 27 il ərzində Ermənistan tərəfindən icra olunmamasını niyə müzakirə etmədi, nə üçün faşist Paşinyan hakimiyyətindən ölkəmizin dinc əhalisinə qarşı raket, mərmi terrorunu dayandırmağı və bəhs edilən qətnamələrə uyğun olaraq təcavüzkar terrrorçu ordusunu dərhal özgə torpaqlarından çıxarmağı tələb etmədi, nədən həmin TŞ-nın daimi üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədrləri: ABŞ və Rusiya sözügedən qətnamələrin icrası tələbini qaldırmadı?..

Deməli, bir daha qəti aydın oldu ki, Qarabağla bağlı qapalı iclası elə 1990-cı illərdə Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana birbaşa dəstək vermiş Rusiyanın daimi nümayəndəsinin sədrliyi ilə keçirilən bu qurumun məsələni ədalətli şəkildə həll etmək, yəni erməni ordusunun ölkəmizin hər qarış torpağından çıxmasına nail olmaq niyyəti yoxdur...


P.P.S. Sanki heç 27 il öncə Azərbaycan torpaqları işğal olunmayıb və BMT TŞ bu haqda heç bir qətnamə qəbul etməyib. Öz qətnamələrini özü 30 ilə yaxın qulaqardına vuran təşkilatın bu gün də verdiyi hər hansı qərar daha bir 30 il kağız üzərində qalacaq...

P.P.S. Odur ki, Ali Baş Komandanın söylədiyi kimi, bizim işğal altındakı torpaqlarımızdakı ədaləti özümüzün; dövlətimizin, ordumuzun, xalqımızın gücü, potensialı hesabına bərpa etməkdən savayı yolumuz yoxdur...

Geri qayıt