Əsas Səhifə > Güney Press > Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər


17-10-2020, 12:44
Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər
Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, o cümlədən, Murovdağ zirvəsini azad edib.

Bu, ölkədə böyük ruh yüksəkliyi, milli birlik yaradıb. Sosial şəbəkələrdə də hər kəs Azərbaycan Ordusuna, Ali Baş Komandana təşəkkür statusları yazırlar. Düşmənin mülki əhalini hədəfə almasına, çoxsaylı mülki şəxslərimizin həlak olmasına baxmayaraq, cəbhəyə yaxın olan kənd və rayonlarımızda, raket zərbələri altında qalan Gəncə, Mingəçevir şəhərlərində heç kim yaşadığı yeri tərk etmir. Vətəndaşlarda Qarabağın işğaldan tamamilə azad olunacağına inam tamdır.

Musavat.com bu günə qədər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən yaşayış məntəqələrini, onların daxil olduğu rayonları və işğaldan azad edilmə tarixini təqdim edir:

1. Qaraxanbəyli kəndi (Füzuli rayonu, 27.09.2020)

2. Qərvənd kəndi (Füzuli rayonu, 27.09.2020)

3. Kənd Horadiz (Füzuli rayonu, 27.09.2020)

4. Yuxarı Əbdürrəhmanlı kəndi (Füzuli rayonu, 27.09.2020)

5. Böyük Mərcanlı kəndi (Cəbrayıl rayonu, 27.09.2020)

6. Nüzgar kəndi (Cəbrayıl rayonu, 27.09.2020)

7. Şərvənj kəndi (Füzuli rayonu, 28.09.2020)

8. Suqovuşan kəndi (Tərtər rayonu, 03.10.2020)

9. Talış kəndi (Tərtər rayonu, 03.10.2020)

10. Mehdili kəndi (Cəbrayıl rayonu, 03.10.2020)

11. Çaxırlı kəndi (Cəbrayıl rayonu, 03.10.2020)

12. Aşağı Maralyan kəndi (Cəbrayıl rayonu, 03.10.2020)

13. Şəybəy kəndi (Cəbrayıl rayonu, 03.10.2020)

14. Quycaq kəndi (Cəbrayıl rayonu, 03.10.2020)

15. Aşağı Əbdürrəhmanlı kəndi (Füzuli rayonu, 03.10.2020)

16. Cəbrayıl şəhəri (Cəbrayıl rayon mərkəzi, 04.10.2020)

17. Karxulu kəndi (Cəbrayıl rayonu, 04.10.2020)

18. Şükürbəyli kəndi (Cəbrayıl rayonu, 04.10.2020)

19. Çərəkən kəndi (Cəbrayıl rayonu, 04.10.2020)

20. Daşkəsən kəndi (Cəbrayıl rayonu, 04.10.2020)

21. Horovlu kəndi (Cəbrayıl rayonu, 04.10.2020)

22. Mahmudlu kəndi (Cəbrayıl rayonu, 04.10.2020)

23. Cəfərabad kəndi (Cəbrayıl rayonu, 04.10.2020)

24. Yuxarı Maralyan kəndi (Cəbrayıl rayonu, 04.10.2020)

25. Decal kəndi (Cəbrayıl rayonu, 04.10.2020)

26. Şıxəli Ağalı kəndi (Cəbrayıl rayonu, 05.10.2020)

27. Sarıcalı kəndi (Cəbrayıl rayonu, 05.10.2020)

28. Məzrə kəndi (Cəbrayıl rayonu, 05.10.2020)

29. Hadrut qəsəbəsi (Xocavənd rayonu, 09.10.2020)

30. Çaylı kəndi (Tərtər rayonu, 09.10.2020)

31. Yuxarı Güzdək kəndi (Füzuli rayonu, 09.10.2020)

32. Qışlaq kəndi (Füzuli rayonu, 09.10.2020)

33. Görəzilli kəndi (Füzuli rayonu, 09.10.2020)

34. Qaracallı kəndi (Cəbrayıl rayonu, 09.10.2020)

35. Süleymanlı kəndi (Cəbrayıl rayonu, 09.10.2020)

36. Əfəndilər kəndi (Cəbrayıl rayonu, 09.10.2020)

37. Sur kəndi (Xocavənd rayonu, 09.10.2020)

38. Qaradağlı kəndi, (Füzuli rayonu, 14.10.2020)

39. Xatunbulaq kəndi, (Füzuli rayonu, 14.10.2020)

40. Qarakollu kəndi, (Füzuli rayonu, 14.10.2020)

41. Bulutan kəndi, (Xocavənd rayonu, 14.10.2020)

42. Məlikcanlı kəndi, (Xocavənd rayonu, 14.10.2020)

43. Kəmərtük kəndi, (Xocavənd rayonu, 14.10.2020)

44. Təkə kəndi, (Xocavənd rayonu, 14.10.2020)

45. Tağaser kəndi, (Xocavənd rayonu, 14.10.2020)

46. Arış kəndi, (Füzuli rayonu, 15.10.2020)

47. Doşulu kəndi, (Cəbrayıl rayonu, 15.10.2020)

48. Edişə kəndi, (Xocavənd rayonu, 15.10.2020)

49. Düdükçü kəndi, (Xocavənd rayonu, 15.10.2020)

50. Edilli kəndi, (Xocavənd rayonu, 15.10.2020)

51. Çiraquz kəndi, (Xocavənd rayonu, 15.10.2020)

52. Xırmancıq kəndi, ( Xocavənd rayonu, 16.10.2020)

53. Ağbulaq kəndi, ( Xocavənd rayonu, 16.10. 2020)

54. Axullu kəndi, ( Xocavənd rayonu, 16. 10. 2020)

55. Füzuli şəhəri, ( Füzuli rayon mərkəzi 17. 10. 2020)

56. Qoç Əhmədli kəndi, ( Füzuli rayonu, 17.10.2020)

57. Çimən kəndi, ( Füzuli rayonu, 17.10.2020)

58. Cuvarlı kəndi, ( Füzuli rayonu, 17.10.2020)

59. Musabəyli kəndi, ( Füzuli rayonu, 17.10.2020)

60. İşıqlı kəndi, ( Füzuli rayonu, 17.10.2020)

61. Dədəli kəndi, ( Füzuli rayonu, 17.10.2020)

Geri qayıt