Əsas Səhifə > Güney Press > “Ermənistan açıq şəkildə terrorçu fəaliyyətlə məşğuldur”

“Ermənistan açıq şəkildə terrorçu fəaliyyətlə məşğuldur”


17-10-2020, 12:31
“Ermənistan açıq şəkildə terrorçu fəaliyyətlə məşğuldur”
İrəvan bu gecə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə dinc əhaliyə qarşı növbəti dəhşətli terror aktı həyata keçirib.
Bunu Azvision.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə tanınmış rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, Gəncə şəhərinə növbəti alçaq hücum dünya birliyi tərəfindən cavabsız qalmamalıdır: “Hamımız bilirik ki, Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün müharibə gedir. Azərbaycan öz ərazilərini qaytarmağa çalışır və hesab edirəm ki, qaytara biləcək. Ermənistan ordusu bütün cəbhələrdə itkilərə məruz qalıb və geri çəkilir”.

Rusiyalı ekspert bildirib ki, Gəncə terrorunun bəraəti yoxdur: “Uşaqlar, yaşlı insanlar, qadınlar öldü. Söz tapmırsan. Paşinyan rejimi üzündən bölgə genişmiqyaslı müharibəyə cəlb olunur. İrəvanın məqsədi Azərbaycanı cavab hücumuna çəkməkdir. Nəticədə isə üçüncü qüvvəni, KTMT-ni münaqişəyə cəlb etməyə çalışır. Lakin, indi situasiya Ermənistanın düşündüyü kimi deyil. Ermənistan açıq şəkildə terrorçu fəaliyyətlə məşğuldur. Sonra necə olacağını zaman göstərəcək. İndi gördüyümüz budur ki, Ermənistan dinc əhalini öldürür. Əvvəl olduğu kimi. Birinci Qarabağ müharibəsi zamanı da dinc insanları öldürür, başlarını kəsirdi. Xocalı soyqırımını yada salın, buna hələ də heç kim lazımi qiymət verməyib”.

Ekspert əlavə edib ki, dünya birliyi baş verənlərə konkret qiymət verməli, Ermənistan rəhbərliyinə qarşı sanksiya tətbiq etməli, daha sonra Paşinyan və ətrafı Haaqa tribunalına cəlb olunmalıdr.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.

Geri qayıt