Əsas Səhifə > Güney Press > Gürcüstanda son sutkada 958 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 958 nəfər koronavirusa yoluxub


17-10-2020, 11:02
Gürcüstanda son sutkada 958 nəfər koronavirusa yoluxub
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 958 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 16 285 nəfərə, ölənlərin sayı 128 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5900 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 7827 nəfərin sağaldığı bildirilir.

Geri qayıt