Əsas Səhifə > Güney Press > Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir

Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir


23-05-2020, 13:03
Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir
DİA.AZ: - Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri Lənkəran rayonunda da mütəmadi olaraq davam etdirilir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən keçirilmiş video-görüntülü müşavirədən sonra COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri daha da gücləndirilib.

DİA.AZ xəbər verir ki, şəhər İcra hakimiyyətində yaradılmış operativ qərargahın üzvləri və mobil qruplar tərəfindən rayon ərazisində pandemiya ilə bağlı vəziyyət müntəzəm olaraq diqqətdə saxlanılır, vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə düzgün riayət olunmasına nəzarət olunur, izahat-təbliğat işləri aparılır. Eyni zamanda pandemiya mənbəələrinin yaranmasına imkan verməmək üçün şəhər təsərrüfatına daxil olan xidmət idarələrinin maşın-mexanizmləri və texniki avadanlıqları vasitəsilə qabaqlayıcı kimyəvi-dezinfeksiya tədbirləri görülür. Dezinfeksiya işləri Lənkəran sərnişin ASC-də gündəlik olaraq aparılır, avtobuslar hər gün səhərlər qarajda dezinfeksiya olunduqdan sonra xəttə buraxılır. Ölkə ərazisində karantin rejiminin tələblərinin yumşalmasının rayon sakinlərində arxayınçılıq yaratmaması üçün mayın 23-də Lənkəran şəhərində əhalinin daha çox olduğu mərkəzi bazarın ətraflarında, şəhər avtovağzalı ərazisində, xüsusilə vağzalın gözləmə salununda növbəti dəfə dezinfeksiya işləri aparılıb, vətəndaşlarla söhbət aparılaraq karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi bir daha izah olunub, ehtiyacı olan vətəndaşlara tibbi qoruyucu vasitələr və maskalar təqdim olunub.

Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir
Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir
Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir

Geri qayıt