Əsas Səhifə > Güney Press > Rusiyalı milyarder həbsxanada koronavirusa yoluxub

Rusiyalı milyarder həbsxanada koronavirusa yoluxub


23-05-2020, 10:56
Rusiyalı milyarder həbsxanada koronavirusa yoluxub
Moskvada “Lefortovo” təcridxanasında saxlanan rusiyalı milyarder Dmitri Mixalçenko koronavirusa yoluxub.

Trend-in məlumatına görə, onunla yanaşı digər saxlanan şəxslərin də koronavirus testləri müsbət nəticə verib.

Daha əvvəl D.Mixalçenko ilə eyni kamerada qalan Ziyavudin Maqomedovun virusa yoluxduğu bildirilib. Bundan başqa, Andreya Kaminov da koronavirusa yoluxub.

Qeyd edək ki, A.Kaminov və D.Mixalçenko Novo-Oqaryovodas prezidentlər evinin tikintisi zamanı böyük məbləğdə mənimsəmədə ittiham olunub. Z.Maqomedov və böyük qardaşı Maqomed Maqomedov isə 2018-ci ilin mart ayında cinayətkar dəstə təşkil etmək ittihamı ilə həbs ediliblər.

Geri qayıt