Əsas Səhifə > Güney Press > Salyanda koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri müntəzəm olaraq davam etdirilir

Salyanda koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri müntəzəm olaraq davam etdirilir


23-05-2020, 10:27
Salyanda koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri müntəzəm olaraq davam etdirilir
Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası Salyan rayonunda həyata keçirilir

Salyanda pandemiya dövrü başlayandan koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq keçirilir , əhalinin koronavirusdan qorunması üçün də təxirəsalınmaz tədbirlər görülür. Salyan Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargah, demək olar ki, bu sahədə başlanan maarifləndirmə işlərini daim davam etdirir. Rayon rəhbərliyi başda icra başçısı Sevindik Hətəmov olmaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərarlarına əməl etməklə əhalinin sağlamlığının qorunması istiqamətində çoxsaylı işlər görür. Sevindik Hətəmov mütəmadi olaraq əhali arasında maarifləndirmə işlərində iştirak edir.
Salyan Rayon İcra Hakimiyyəti (İRİH) karantin dövründə dəfələrlə ,gəlir yerlərindən müvəqqəti məhrum olmuş, aztəminatlı ,imkansız,ailələrə, həmçinin əlil və ahıl insanlara ərzaq yardımı aksiyası təşkil edib.

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov əməkdaşımızla söhbətində bildirdi ki, pandemiya dövrü başlayandan rayon ərazisində olan bütün yaşayış məntəqələri, eləcə də küçə və meydanlar, park və xiyabanlar, ticarət və xidmət obyektləri, çoxmənzilli binaların giriş hissələri,xəstəxanalar,təhsil ocaqları,xəstəxanalar,idarə və təşkilatlar , müəssisələr və digər yerlər təkrar-təkrara dəfələrlə dezinfeksiya edilmişdir:

“Salyan rayon İcra Hakimiyyəti yanında yaradılan qərərgahın iş planına uyğun olaraq xəstəliyə yoluxma hallarına yol verilməməsi və qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üçün rayon ərazisində dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir. Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları Koronavirus (COVİD -19) əleyhinə profilaktiki tədbirlər çərçivəsində həyata keçirilən dezinfeksiya işlərini rayonun mərkəzində və ətraf kəndlərində bundan sonra da davam etdirəcəkdir və bu bizim vəzifəmizdir”.

İntiqam Abışovın bildirdiyinə görə görülən bu işlərdə Salyan rayon icra hakimiyyəti onlara yaxından kömək edir,lazım olan bütün texnika ilə təmin edir və icra başçısı Sevindik Hətəmovun bu məsələlərdə böyük rolu olur:
“Bizim kifayət qədər tibbi avadanlıqlarımız var, nəsə çatışmayanda isə rayon rəhbərliyi və baş idarəmiz həmişə bizə bu sarıdan kömək edir.
Bizim dezinfeksiya işlərini görmək üçün texnikamız,maşınlarımız var və əməkdaşlarımız Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən lazımi dərmanlarla təchiz olunur. İcra başçısı Sevindik Hətəmov daima bizim yanımızda olur,əhali arasında maarifləndirmə işləri aparır və karantin dövründə sakinlərə öz tövsiyyələrini verir. BÖLGƏ TV-nin Salyanda olan əməkdaşları sakinlərlə görüşüb söhbət edib. Rayon sakinləri rayonda görülüən dezinfeksiya işlərindən və rayon rəhbərliyindən razılıqlarını bildiriblər.
BÖLGƏ TV

Geri qayıt