Əsas Səhifə > Güney Press > "Koronavirusa yoluxma intensivliyi hələ yüksəkdir"

"Koronavirusa yoluxma intensivliyi hələ yüksəkdir"


22-05-2020, 17:14
 "Koronavirusa yoluxma intensivliyi hələ yüksəkdir"
“Mayın 16-da 158 nəfər koronavirusa yoluxmuşdu. Həmin gündən bu günə qədər statistika 100-dən yuxarı yoluxma ilə davam edir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, bu statistik göstəricilərə görə müəyyən qərarlar qəbul edilib: “Keçən həftə 755 nəfərlə pik dövrünü yaşadıq. Bu həftə isə 581 nəfər koronavirusa yoluxub. Ancaq son həftə hələ başa çatmayıb. Yoluxma intensivliyi hələ yüksəkdir”.

Geri qayıt