Əsas Səhifə > Güney Press > Keçmiş icra başçısının oğluna yeni ittiham verildi

Keçmiş icra başçısının oğluna yeni ittiham verildi


22-05-2020, 15:39
Keçmiş icra başçısının oğluna yeni ittiham verildi
Şuşa şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun barəsində ittiham elan olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ceyhun Bəhmənova qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham verilib.

Ceyhun Bəhmənov bu ilin fevralında həyat yoldaşı Dilarə Bəhmənovaya 16 bıçaq zərbəsi vurub.

Bundan əvvəl isə onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) və 126.2-ci( xüsusi amansızlıqla sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə cinayət işi başlanılmışdı.

İstintaq davam edir.

Geri qayıt