Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Vəzifədən azad edilən Rüstəm Usubov danışdı

Vəzifədən azad edilən Rüstəm Usubov danışdı


22-05-2020, 15:17
Vəzifədən azad edilən Rüstəm Usubov danışdı
“Ortada Prezident sərəncamı varsa, buna hansı şərh vermək olar. Artıq Baş Prokurorun birinci müavini deyiləm”.

Bu sözləri Gununsesi.org-un sorğusuna cavab olaraq dünən Baş Prokurorun birinci müavini vəzifəsindən azad olunan Rüstəm Usubov söyləyib.

Bundan sonra fəaliyyətinin nədən ibarət olacağına gəlincə, Rüstəm Usubov, hələlik bir şey bilmədiyini deyib: “Bundan sonra nə olacaqsa, onu bilmirəm”.

“Mediada dəyəri yüz milyonlarla ölçülən əmlaklarınız açıqlandı, bunu hardan qazanmısınız” sualına isə baş prokurorun sabiq müavini telefonun dəstəyini asmaqla cavab verməkdən yayınıb.

Geri qayıt