Əsas Səhifə > Güney Press > Səhər bəzi yerlərdə duman olacaq

Səhər bəzi yerlərdə duman olacaq


26-03-2020, 13:10
Səhər bəzi yerlərdə duman olacaq
DİA.AZ: - Milli Hidrometeorologiya Departamentinin DİA.AZ-a verdiyi məlumata görə martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-16° isti,

Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə

sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 16-21° isti,

dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Geri qayıt