Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Xankəndində koronavirus dünən 4 can aldı

Xankəndində koronavirus dünən 4 can aldı


26-03-2020, 09:28
Xankəndində koronavirus dünən 4 can aldı
Dağlıq Qarabağda koronavirusun yayılması və məlumatların gizlədilməsi barədə müəyyən xəbərlər daxil olsa da, konkret faktlar göstərilmirdi.

Moderator.az Teleqram.kanala istinadən “Sasna Tsrer” partiyası katibliyinin qondarma rejimin fövqəladə hal üzrə komendantı T. Avinyana və səhiyyə idarəsinin başçısı A.Torosyana ünvanladığı məktubu diqqətinizə çatdırır.

Partiyanın məktubundan məlum olur ki, artıq Xankəndində koronavirusun yayılması və ölümlə nəticələnməsi baş verib.

Məktubda deyilir:

”Virusun Artsaxda yayılması barədə həyəcanlı xəbərlər daxil olur. Dəqiqləşdirmək istəyirik-bu il 23 martda Stepanakert xəstəxanasında 60-yaşdan yuxarı 4 xəstənin ölümü qeyd olunubmu? Çoxsaylı yoluxma halları qeyd olunubmu?”

Göründüyü kimi Xankəndi 31 mart seçkiləri ərəfəsində xüsusi gərginlik yaşamamaq üçün yolxucu virusun yayılması barədə məlumatları gizlətməklə məşğuldur. 31 marta sanılı günlər qaldı.

Geri qayıt