Əsas Səhifə > Güney Press > 22 yaşlı epilepsiya xəstəsi qaz sobasında yanıb öldü

22 yaşlı epilepsiya xəstəsi qaz sobasında yanıb öldü


17-02-2020, 16:53
 22 yaşlı epilepsiya xəstəsi qaz sobasında yanıb öldü
Bərdə rayonunda gənc oğlan faciəli şəkildə ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Kələntərli kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü epilepsiya xəstəsi İsgəndərov Elməddin İsgəndər oğlu yaşadığı evdə yatdığı vaxt epilepsiya tutub. O xəstəliyin təsirindən otaqda çarpayısının yanındakı yanan qaz sobasının üstünə düşərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt