Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi

Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi


15-02-2020, 10:23
Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Report” xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstismar və Texniki Təminat Şöbəsinin baş mühəndisi, polis polkovnik-leytenantı Samir Əhmədov həmin şöbənin rəisi təyin edilib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı "Report"a təsdiqləyib.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.

Geri qayıt