Əsas Səhifə > Güney Press > İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub

İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub


21-01-2020, 15:39
İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub
İran parlamentinin deputatı Əhməd Həmzə ABŞ prezidenti Donald Trampı qətlə yetirən şəxsə 3 milyon dollar pul mükafatı vəd edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, pul mükafatını təmsilçisi olduğu Kirman vilayətinin əhalisinin adından verəcəyini söyləyib.

Xatırladaq ki, Kirman yanvarın 3-ü Bağdadda ABŞ-ın raket zərbəsi nəticəsində ölən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Qasım Süleymaninin doğulduğu bölgədir.

Geri qayıt