Əsas Səhifə > Güney Press > Malayziyanın baş naziri ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib

Malayziyanın baş naziri ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib


14-12-2019, 13:10
Malayziyanın baş naziri ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib
Malayziyanın baş naziri Mahathir Məhəmməd ABŞ-ın nüvə sazişindən çıxması və İrana qarşı birtərəfli sanksiyaların tətbiqini tənqid edib.

SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, Malayziyanın baş naziri Qətər paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı ABŞ-ın iranla bağlı sanksiya siyasətini tənqid edib.

M.Məhəmməd bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları BMT qərarlarını və beynəlxalq qanunları pozmaq deməkdir.

Malayziya baş naziri, Qətər əmiri Təmim bin Həmd Ali-Saninin də qatıldığı bu forumda bildirib ki, ölkəsi Amerikanın İrana qarşı birtərəfli sanksiyalarını rədd edir.

"Malayziya və digər ölkələr İrana qarşı sanksiyalara görə böyük bazarı əldən veriblər. Məlumdur ki, sanksiyalar BMT qərarlarını pozur", deyə Malayziya baş naziri vurğulayıb ki, sanksiyanı yalnız BMT yolu ilə tətbiq etmək olar.

Geri qayıt