Əsas Səhifə > Güney Press > Cəlilabadda 51 yaşlı qadın qadın qohumları tərəfindən döyülüb

Cəlilabadda 51 yaşlı qadın qadın qohumları tərəfindən döyülüb


11-12-2019, 08:14
Cəlilabadda 51 yaşlı qadın qadın qohumları tərəfindən döyülüb
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1968-ci il təvəllüdlü Bayramova Elmira İsrafil qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralıya müvafiq tibbi yardım göstərilib.

Qadının sözlərinə görə, onu qohumları döyüb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt