Əsas Səhifə > Güney Press > Paşinyan Petrosyanın intiqamını alır

Paşinyan Petrosyanın intiqamını alır


9-12-2019, 16:14
Paşinyan Petrosyanın intiqamını alır
Ermənistanın Baş naziri Nikol Paşinyan eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı həbsxanaya yollamaqla həm də keçmiş lideri Levon Ter-Petrosyanın intiqamını alır.

Axar.az xəbər verir ki, bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, Ermənistanın sabiq prezidentlərinin həbs edilməsinə diqqət çəkib:

“Ermənistanın Baş naziri Nikol Paşinyan arxasında Kremlin dayanmasına baxmayaraq, keçmiş prezident Robert Köçəryanı həbs etdirdi, indi də digər eks-prezident Serj Sərkisyanın korrupsiya ittihamı ilə üzrə həbsinə hazırlıq gedir. Belə görünür ki, Paşinyan Köçəryandan və Sərkisyandan ancaq özünün intiqamını almır. Köçəryan-Sərkisyan cütlüyü 1997-ci ildə o zamankı prezident Levon Ter-Petrosyanı hakimiyyətdən çevriliş yolu ilə uzaqlaşdırmışdılar. O illərdə Nikol Paşinyan Levon Ter-Petrosyanın yaxın tərəfdarı idi, eyni ideologiyanı bölüşürdülər. Demək, Paşinyan Köçəryanı və Sərkisyanı həbsxanaya yollamaqla həm də keçmiş lideri Levon Ter-Petrosyanın intiqamını alır”.

Geri qayıt