Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Milli Məclis yeni Ombudsman seçəcək

Milli Məclis yeni Ombudsman seçəcək


21-11-2019, 17:29
Milli Məclis yeni Ombudsman seçəcək
Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) namizədliyi məsələsi müzakirəyə çıxarılacaq.

“Report”un xəbərinə görə, bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən 3 xanımın namizədliyi irəli sürülüb. Onlardan ikisinin adı məlumdur. Adları məlum olan namizədlər Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyevadır.

***

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclasda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə olunacaq.

Prezident İlham Əliyev Ombudsman vəzifəsində 3 nəfərin namizədliyini irəli sürüb.

Namizədlər Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır.

Geri qayıt