Əsas Səhifə > Güney Press > "Azercell" taksi şirkətini məhkəməyə verib

"Azercell" taksi şirkətini məhkəməyə verib


8-11-2019, 16:04
"Azercell" taksi şirkətini məhkəməyə verib
1 saylı İnzibati-iqtisasi Məhkəməsində “Azercell Telekom” MMC-nin “Tez Group” MMC-yə qarşı 370 manat 19 qəpik vəsaitin tutilması ilə bağlı iddiasına baxılıb.

"Report" xəbər verir ki, iddiaya hakim Aytən Oruczadənin sədrliyi ilə baxılıb. Noyabrın 7-də çıxarılan qərara əsasən, “Azercell Telekom” MMC-nin idddiası təmin edilib. Qərarda göstərilib ki, cavabdeh “Tez Group” MMC-dən 350,19 manat abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 370,19 manat tutularaq iddiaçı “Azercell Telekom” MMC-nin xeyrinə ödənilsin.

Qeyd edək ki, “Tez Group” şirkəti "Tez taksi" adı altında sifarişli taksi xidməti göstərir.

Geri qayıt