Əsas Səhifə > Güney Press > Paşinyanın reytinqinin ölçüldüyü araq da ucuzlaşdı...

Paşinyanın reytinqinin ölçüldüyü araq da ucuzlaşdı...


8-11-2019, 15:46
Paşinyanın reytinqinin ölçüldüyü araq da ucuzlaşdı...
Ermənistandakı “inqilab”dan sonra bazarda tanınmış oliqarx və iş adamı Samvel Aleksanyanın istehsal etdiyi, üzərində baş nazir Nikol Paşinyanın təsviri olan araq son günlər kəskin ucuzlaşıb.

Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkənin "Qraparak" qəzeti yazıb.

“Bu məhsullar olduqca yaxşı bir qiymətə - 4-5 min drama satılırdı. İnsanlar baş nazirin təsvirini daşıyan araq şüşələrini masaya qoymağı şərəf hesab edirdilər. Baş nazirin reytinqinin düşməsi ilə paralel olaraq bu araqların satışı da çətinləşdi və “inqilabi” qiymətləri kəskin şəkildə aşağı düşdü. İndi Paşinyan araqları 66% endirimlə satılır. Beləliklə: 3,670 dram dəyərindəki Nikol Paşinyanın şəkli olan “Premyer” arağı indi 1230 drama satılır. Digəri, daha gözəl bir qablamada olan araq isə 4590 dramdan 1690 drama qədər uzuzlaşıb”- erməni nəşri belə məlumat verir.

Geri qayıt