Əsas Səhifə > Güney Press > Yaponiyada yeni imperator Naruhito rəsmi olaraq taxta çıxıb

Yaponiyada yeni imperator Naruhito rəsmi olaraq taxta çıxıb


22-10-2019, 10:42
Yaponiyada yeni imperator Naruhito rəsmi olaraq taxta çıxıb
Yaponiya imperatoru Naruhito, ölkənin konstitusiyasına və imperator evi haqqında qanuna uyğun olaraq taxta çıxdığını rəsmi olaraq elan edib. "Yaponiya dövlətinin və xalqın birliyinin simvolu" Tokiodakı intronizasiya mərasimi zamanı çıxış edib, xalqına vəzifələrini yerinə yetirmək üçün and içib.

O, atası Akihitonun 30 ildən çoxdur taxtda olduğunu və ölkə xalqı ilə sevinc və kədərini bölüşdüyünü əlavə edib. İmperator ölkəsinin xalqın müdrikliyi və səyləri sayəsində gələcək inkişafa nail olacağına, beynəlxalq aləmdə dostluq və barışığın bərqərar olmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, Naruhito atasının istefasından sonra 1 mayda imperator səlahiyyətini almışdı.

Geri qayıt