Əsas Səhifə > Güney Press > "Hazırlıq kurslarında təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur"

"Hazırlıq kurslarında təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur"


17-10-2019, 12:44
"Nazirlər Kabinetinin qərarına əsasən və normativlərə uyğun olaraq ali təhsil müəssisələri hazırlıq qruplarını təşkil edə bilərlər".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırlıq qruplarının təşkil edilməsi üçün ali təhsil müəssisələrinə maraqlı tələbələr tərəfindən müraciətlər olunmalıdır.

Nazir qeyd edib ki, qanunvericiliyə əsasən hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların əsgərlikdən möhlət hüququnun olmasına dair hər hansı bir norma yoxdur: "Hazırlıq qrupunda təhsil aldıqda qanunvericiliyə əsasən hərbi xidmət çəkməlisən. Ali təhsilin bakalavriat və magistraturaya qəbul olan tələbələr möhlət hüququ qazanırlar".

Hazırlıq qrupları ilə bağlı təhsil haqqı məsələsinə gəldikdə isə nazir bildirib ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir: "Çünki burada dövlət sifarişi hazırlıq qrupu ilə bağlı deyil. Deməli bu, ödənişli əsasla həyata keçirilir. Ödənişli əsasla da həyata keçirildiyi üçün bu artıq təhsil haqqı təhsil müəssisələri tərəfindən müəyyən edilir".

Geri qayıt