Əsas Səhifə > Güney Press > Bakıda yeniyetmə qız döyülüb

Bakıda yeniyetmə qız döyülüb


11-10-2019, 08:33
Bakıda yeniyetmə qız döyülüb
Xəzər rayonunda 14 yaşlı qız iki nəfər tərəfindən döyülüb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Belə ki, 14 yaşlı Səbinə Səfərova qəsəbə ərazisində iki naməlum şəxsin hücumuna məruz qalıb. O, iki nəfər tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırmalara başlayıb.
Hadisəni törədən şəxslər axtarılır.

Geri qayıt