Əsas Səhifə > Güney Press > Bakıda sürücü icarəyə götürdüyü avtomobillə qəza törədib

Bakıda sürücü icarəyə götürdüyü avtomobillə qəza törədib


11-10-2019, 08:20
Bakıda sürücü icarəyə götürdüyü avtomobillə qəza törədib
Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə "Beş mərtəbə" adlanan ərazidə baş verib.

Belə ki, Ceyhun Quliyev icarəyə götürdüyü "KİA Optima" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yol hərəkəti qaydasını kobud şəkildə pozub. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq "Qış parkı" ətrafındakı yolun səkisinə çırpılıb.

Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb.

Hadisə ilə əlaqədar olaraq əraziyə Yasamal Rayon Polis İdarəsi və DYP əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.




Geri qayıt