Əsas Səhifə > Güney Press > Goranboyda 35 yaşlı qadının döyülməsilə bağlı 3 nəfər polisə çağırıldı

Goranboyda 35 yaşlı qadının döyülməsilə bağlı 3 nəfər polisə çağırıldı


10-10-2019, 13:04
Goranboyda 35 yaşlı qadının döyülməsilə bağlı 3 nəfər polisə çağırıldı
Goranboy rayonunda qadına işgəncə verilməsi ilə bağlı yayılan məlumatın təfərrüatı məlum olub.

Bu barədə Trend-ə rayonun Əlirzalı kənd Bələdiyyəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Əlirzalı kəndi ərazisində baş verib. Kənd sakini Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək atları geri qaytarmaq istəyib. Həmin vaxt S.Ələkbərova ilə qonşu qadın arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Nəticədə qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döyərək küçəyə atıb. Yaralı ailə üzvləri tərəfindən xəstəxanaya yerləşdirilib.

Məlumatda deyilir ki, S. Ələkbərovanı döyərək xəsarət yetirən 3 nəfər polisə çağırılıb. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün səhər saatlarında rayonun Əlirzalı kənd sakini, 1984-cü il təvəllüdlü Ələkbərova Sahilə Məzahir qızının qonşularla arasında yaranan mübahisə nəticəsində onun qonşuları tərəfindən ata bağlanaraq sürüdülməsi barədə mətbuatda məlumat yayılıb.

Geri qayıt