Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Əlifba kitabında Azərbaycan bayrağı ilə bağlı KOBUD SƏHV

Əlifba kitabında Azərbaycan bayrağı ilə bağlı KOBUD SƏHV


10-10-2019, 12:00
Əlifba kitabında Azərbaycan bayrağı ilə bağlı KOBUD SƏHV
Hazrlıq sinfi üçün nəzərdə tutulmuş "Əlifba" kitabında kobud səhvə yol verilib.

DİA.AZ publika.az-a istinadən xəbər verir ki, "Altun kitab" nəşriyyatının çap etdiyi kitabda Azərbaycan bayrağındakı mavi rəng bənövşəyi ilə əvəzlənib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. İstifadəçilərdən biri xoşagəlməz halla övladının dərsə hazırlaşarkən qarşılaşdığını qeyd edib: "Övladım məktəbə hazırlığa gedir və əlifba kitabında verilmiş şəkil üzrə danışmalıdır. Şəkil üzrə hazırlaşan zaman oğlan uşağının əlindəki Azərbaycan bayrağına gəlib çatdıqda, bayrağın yuxarıdakı rənginin bənövşəyi qeyd olunması onu çaşdırdı. Bu vaxta kimi öyrəndiyi göy rəngin əvəzinə bönövşəyi rəngi görəndə təəccübləndi. Gəl, indi izah elə ki, kitabı hazırlayan əmilər, bibilər diqqətsizlik ediblər".

Əlifba kitabında Azərbaycan bayrağı ilə bağlı KOBUD SƏHV
Əlifba kitabında Azərbaycan bayrağı ilə bağlı KOBUD SƏHV



Geri qayıt