Əsas Səhifə > Güney Press > Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb

Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb


9-10-2019, 17:22
Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb
Türkiyə Silahlı Qüvvələri Suriyaya daxil olub.

APA-nın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də bildirib ki, Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb.

“Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı “Barış Pınarı” hərəkatına başlayıb. Məqsədimiz cənub sərhədlərimizdəki terror dəhlizini məhv etmək və regiona sülh gətirməkdir”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Geri qayıt