Əsas Səhifə > Güney Press > MBNP və Bankda çalışmış xanım “Nargis” jurnalına rəhbər gedib

MBNP və Bankda çalışmış xanım “Nargis” jurnalına rəhbər gedib


23-09-2019, 18:09
MBNP və Bankda çalışmış xanım “Nargis” jurnalına rəhbər gedib
Maliyyə Bazarlarına Nəzarət Palatasını (MBNP) cari ilin mayında tərk edən Aytən Hüseynovanın yeni iş yerinin adı məlum olub.

Dia.az Banker.az-a istinadən xəbər verir ki, O, “Nargis” jurnalında Baş icraçı direktor seçilib.

A.Hüseynova MBNP-yə hələ 2017-ci ildə İnsan Resurslarının İdarəolunması şöbəsinə müdir kimi gəlmişdi.

Daha əvvəl isə Təhsil Nazirliyində və ləğv olunmuş “Dəmir Bank” ASC-də eyni departamentin direktorunun müavini olmuşdur.

“Nargis” jurnalı 2012-ci ildən həyat-tərzi, model, musiqi və kino auditoryasını əhatə edən jurnallar dərc edir.

Eləcə də jurnal ən son dünya hadisələrinin və dəb tendensiyalarının icmalını təqdim edir.

Geri qayıt