Əsas Səhifə > Güney Press > Vurğun Əyyubun səhhəti ilə bağlı son vəziyyət

Vurğun Əyyubun səhhəti ilə bağlı son vəziyyət


23-09-2019, 16:38
Vurğun Əyyubun səhhəti ilə bağlı son vəziyyət
“Sosial şəbəkələrdə Vurğun Əyyubun ölüm xəbəri elə bağlı yayılanlar şayiədir”.

Bu barədə AYNA-ya V.Əyyubun həkimi Adil Qeybulla məlumat verib. Həkimin sözlərinə görə, bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Vurğun Əyyub hazırda koma vəziyyətindədir.

“Hazırda evindədir. Hər hansı reaksiyası yoxdur. Buna baxmayarq, həkim nəzarətindədir. Hələlik vəziyyəti ilə bağlı irəliləyiş hiss olunmur”, - deyə A.Qeybulla bildirib.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub uzun müddətmiş xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Onun səhhəti dünəndən ağırlaşıb və komaya düşüb.

Filologiya elmlər namizədi Vurğun Əyyub ictimai-siyasi xadim olmaqla yanaşı, 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzi) rəhbəri, həmçinin Müsavat Partiyasının başqanının birinci müavini olub.

Geri qayıt