Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “AFB Bank”da yeni TƏYİNAT

“AFB Bank”da yeni TƏYİNAT


23-09-2019, 16:25
“AFB Bank”da yeni TƏYİNAT
"AFB Bank"da yeni təyinat olub.
Səfər Aslanov "AFB Bank"ın Marketinqinə rəhbərlik edəcək.

Niderland Beynəlxalq Marketinq Akademiyası (NİMA) məzunu olan Səfər Aslanov daha öncə “Keepface” şirkətində Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə layihə meneceri, “Amapola” şirkətində Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Sonuncu iş yeri, “Auto Azərbaycan” şirkətində Marketinq direktoru olan Səfər Aslanov, "AFB Bank"da vəzifəsinin icrasına Sentyabr ayından etibarən başlayıb.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.
Marja

Geri qayıt