Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Yolu azan Azərbaycan əsgəri düşmən tərəfindən vurulub

Yolu azan Azərbaycan əsgəri düşmən tərəfindən vurulub


23-09-2019, 11:29
Yolu azan Azərbaycan əsgəri düşmən tərəfindən vurulub
Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.

Geri qayıt