Əsas Səhifə > Güney Press > Şamaxıda kütləvi dava:

Şamaxıda kütləvi dava:


21-09-2019, 11:19
Şamaxıda kütləvi dava:
Şamaxıda kütləvi dava olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonun Sabir qəsəbəsində qeydə alınıb.

Mübahisə zamanı bir qrup şəxs arasında düşən davada qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əzimov Cavanşir Əlməmməd oğlu bıçaqlanıb. C.Əzimov tərəfləri ayrımağa çalışarkən bıçaq zərbəsi onun üzündən qulağınadək olan hissəsi kəsilib.

O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib. Vəziyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt