Əsas Səhifə > Güney Press > “Hər şeyə ağız büzmək insanlarmız arasında geniş yayılan xəstəlikdir”

“Hər şeyə ağız büzmək insanlarmız arasında geniş yayılan xəstəlikdir”


21-09-2019, 11:18
“Hər şeyə ağız büzmək insanlarmız arasında geniş yayılan xəstəlikdir”
“Gərək ki, Stendalda belə bir fikir var: hər şeyi bayağılaşdırıb gözdən salmağa qalxsan, o zaman asanlıqla iddia etmək olar ki, Leonardo da Vinçinin məşhur Cokondası (Mona Liza) da bir metr kətan üzərinə yaxılmış yarım kilo rəngdən başqa bir şey deyil”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev bildirib.

V.Quliyevin təəsüflə bildirib ki, hər şeyə ağız büzmək, ən yaxşı fikir və təşəbbüsləri lağlağı obyektinə çevirmək, xalq arasında deyildiyi kimi, hoydu-hoyduya götürmək insanlarmız arasında ən geniş yayılan xəstəliklərdən biridir:
“Bu mənada görkəmli sənətkarımız Ramiz Həsənoğlunun böyük ustalıqla hazırladığı "Ac həriflər" tamaşasındakı oxuyub - eşitdiyi hər şeyə "Ə, noolsun?"-deyə reaksiya verən personaj (adını unutmuşam) günümüzün ən səciyyəvi və hər addımbaşı təsadüf olunan "qəhrəmanlarından" biridir... Təəssüf!”

Geri qayıt