Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Bank VTB (Azərbaycan)"da YENİ TƏYİNAT

“Bank VTB (Azərbaycan)"da YENİ TƏYİNAT


17-09-2019, 09:05
“Bank VTB (Azərbaycan)"da YENİ TƏYİNAT
“Bank VTB (Azərbaycan)" ASC-nin İnsan resursları idarəsinə yeni rəhbər təyin edilib.

FED.az-ın əldə etdiyi məlumata görə, İdarə Məlahət Abdullayevaya həvalə olunub.

Bu təyinatədək Məlahət Abdullayeva "Expressbank" ASC-də İnsan resursları departamentinin direktoru idi.

Bu il Asiyə Haqverdiyeva vəzifəsini tərk etdikdən sonra “Bank VTB (Azərbaycan) ASC-nin İnsan resursları idarəsinə müvəqqəti olaraq Təhminə Mehdiyeva rəhbərlik edirdi. 2013-cü ildən “Bank VTB (Azərbaycan)” ASC-də çalışan Təhminə Mehdiyeva İnsan Resursları İdarəsində şöbə müdiridir. İnsan resursları idarəsinin keçmiş rəhbəri Asiyə Haqverdiyeva hazırda audit şirkətlərindən birində çalışır.

Xatırladaq ki, “Bank VTB (Azərbaycan)" təşkilati-strukturuna görə, insan resursları üzrə bölmə departament deyil idarə adlandırılır. Bu idarəyə 3 şöbə – Kadr kargüzarlığı, Heyətin seçilməsi və Heyətin inkişafı və təlimi şöbəsi daxildir.

Geri qayıt